Əsas Səhifə > Güney Press > Gümrü bazasında daha bir İNTİHAR:
Gümrü bazasında daha bir İNTİHAR:Dünən, 11:34 |
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının müqaviləli əsgəri, 25 yaşlı Konstantin Antonenko iyulun 24-də şəhərdəki zavod yataqxanasının ərazisində ölü tapılıb. Lent.az xəbər verir ki, Ermənistanın istintaq orqanlarının məlumatına görə, hadisə ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Yerli media yarımçıq tikilinin yaxınlığında qollarında kəsiklər olan kişi cəsədinin tapıldığını bildirib. Hadisə yerinə Ermənistan təhlükəsizlik qüvvələri, daha sonra isə 102-ci bazadan rus qoşunları gəlib. Rusiya hərbi bazasının nümayəndələrindən hələ ki, rəsmi şərh yoxdur. Qeyd edək ki, bir neçə gün əvvəl də Gümrü bazasında rusiyalı hərbçinin intihar etməsi barədə xəbər vermişdik. Geri qayıt |