Əsas Səhifə > Güney Press > Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR:
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR:Dünən, 19:23 |
Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Yerli müşahidəçilərin fikrincə, baş nazir Nikol Paşinyan Apostol kilsəsinin rəhbəri, katolikosu vəzifədən kənarlaşdırmaq planından imtina etmək fikrində deyil. Musavat.com xəbər verir ki, bu barədə "Alpha News" portalının baş redaktoru Tiqran Koçaryan "RT" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Paşinyan kilsənin idarəetmə nizamnaməsini dəyişdirməyi, sənədin müasir erməni dilində və sadələşdirilmiş şəkildə yenidən yazılmasını təklif edib. "Bundan əlavə, Paşinyan bu məqsədlə müəyyən meyarlar da müəyyənləşdirib. Hətta iddialar yayılıb ki, o və tərəfdarları Eçmiədzində mitinq keçirməyi planlaşdırır. Baş nazir özü bu barədə anons da vermişdi", – deyə Koçaryan vurğulayıb. Media eksperti həmçinin Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına da toxunub. O bildirib ki, məhkəmə iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkəsi" şirkətinin zorla ələ keçirilməsinin dayandırılmasını tələb etsə də, Paşinyan bu qərarı nəzərə almayıb. "Arbitrajın qərarından dərhal sonra hökumət bu şirkətə yeni idarəçi təyin etdi. Yeni rəhbərlik əvvəlkiləri işdən çıxarıb, onların yerinə öz adamlarını gətirdi", – deyə ekspert əlavə edib. Geri qayıt |