Əsas Səhifə > Güney Press > Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət
Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarətDünən, 10:52 |
İndoneziyanın Bali adasında yerləşən Kuta şəhərində baş verən qarət hadisəsinə görə bir nəfər saxlanılıb.
Operativ Media-nın məlumatına görə, Kuta Polis Bölməsinin apardığı istintaqa əsasən, qarətdə şübhəli bilinən şəxs 35 yaşlı Azərbaycan vətəndaşıdır.
İstintaq nəticəsində müəyyən olunub ki, şübhəli hadisəni təkbaşına törətməyib. O, hazırda axtarışda olan dostu ilə birlikdə bu cinayəti törədib.
“Şübhəlilər əvvəlcə zərərçəkəni boğaraq və zərərsizləşdirərək hərəkətsiz hala salıblar. Daha sonra masanın üzərində olan təxminən 19.000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən qaçıblar”.
Polisin bildirdiyinə görə, şübhəli şəxslər bu əməli gündəlik ehtiyaclarını qarşılamaq üçün törədiblər.
Geri qayıt |