Əsas Səhifə > Güney Press > Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu31-07-2025, 11:17 |
"Azərişıq" ASC Azərbaycanın azad edilmiş ərazilərində enerji infrastrukturunun yenidən qurulması istiqamətində daha iki iri məbləğli tenderə yekun vurub. Tenderlər Xankəndi və Kəlbəcər rayonlarında yeni yarımstansiyaların inşasını nəzərdə tutur. FED.az xəbər verir ki, Xankəndi şəhəri ərazisində yeni 35 kV-luq yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərini “Harmony İndustrial Construction and Engineering Group” MMC (VÖEN: 1500429791) icra edəcək. Müqavilənin dəyəri 5 566 849 AZN təşkil edir. Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 28.02.2005-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev.52, m.20 ünvanında yerləşir. Digər tender isə Kəlbəcər rayonu ərazisində həyata keçiriləcək. Burada 110/35 kV-luq 2x25 MVA gücündə “Şəhər” yarımstansiyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işləri planlaşdırılıb. Tenderin icrası "Smart Energy Services" MMC-yə (VÖEN: 1504953841) həvalə olunub və müqavilə dəyəri 24 598 457 AZN məbləğində müəyyən edilib. Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir. Geri qayıt |