Əsas Səhifə > Güney Press > Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU

Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU


Dünən, 13:03

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

Axar.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Azərtac-a açıqlamasında binanın ön və arxa tərəfdən şüşələrinin qırıldığını, jalüz və mebellərin zədələndiyini, xəsarət alanın isə olmadığını bildirib.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.


Geri qayıt