Əsas Səhifə > Güney Press > “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcəkDünən, 10:30 |
6 sentyabr 2025-ci il saat 15.00-da “Sumqayıt Avtomotoservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. FED.az xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllədə inzibati binada baş tutacaq. Səhmdarların ümumi yığıncağının gündəliyi: 1. Səhmdar cəmiyyətinin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi . 2. Cəmiyyətin icra orqanlarının formalaşdırılması. 3. İdarə heyəti sədrinin seçilməsi. 4. Müşahidə şurasının seçilməsi. 5. Təftiş komissiyasının seçilməsi. 6. Digər məsələlər. Əlaqə üçün telefon nömrələri: (055) 230 22 26; (050) 361 50 04. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Geri qayıt |