Əsas Səhifə > Güney Press > ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcəkDünən, 12:28 |
12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 20255” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək. Manevrlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər icra olunacaq. Təlimlərdə əsas məqsədin sülhməramlı əməliyyatlarda iştirak edən bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb. Geri qayıt |