Əsas Səhifə > Güney Press > Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb

Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb


Bu gün, 16:25

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin bütün ölkələrini “İbrahim sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulmağa çağırıb.

“Report”un məlumatına görə, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

"İranın "yaratdığı" nüvə arsenalı tamamilə məhv edildikdən sonra mənim üçün Yaxın Şərqin bütün ölkələrinin “İbrahim sazişləri”nə qoşulması son dərəcə vacibdir. Bu, Yaxın Şərqdə sülhü təmin edəcək", - D.Tramp yazıb.


Geri qayıt