Əsas Səhifə > Güney Press > Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdı
Bakıda dostları gənc oğlanı parkda yuxuya verib qaçdıBu gün, 16:30 |
Bir neçə gündür sosial şəbəkələrdə Bakıda park ərazisində yerdə döşək üstündə yatan gəncin görüntüsü paylaşılır. Ölkə.Az xəbər verir ki, yerdə yuxlayan gənci görənlər onun fotosunu çəkiblər. Kimliyi naməlum şəxsin hansı səbəbdən parkda yatması maraq doğurub. Daha sonra sosial şəbəkələrdə yayılan video ilə məlum olub ki, Əziz adlı gənci parka aparan onun dostları olub. Görüntülərin zarafat məqsədilə çəkildiyi deyilir. Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər yatan şəxsin başına neqativ hadisə gəlmə ehtimalı, onun razılığı olmadan yuxu dərmanı verilməsi, icazəsiz görüntülərinin çəkilməsi və s. məqamlardan dolayı videonu çəkənləri tənqid ediblər. Mövzunü Ölkə.Az-a şərh edən hüquqşünas Şamil Paşayev bu cür hərəkətlərin cinayət tərkibli olduğunu və qanun qarşısında məsuliyyət yaratdığını söyləyib: “Burada Cinayət Məcəlləsinin (CM) tələbləri pozulmuş ola bilər. Bunun üçün baxmaq lazımdır ki, həmin şəxslər konkret olaraq nə ediblər. Araşdırmaq lazımdır ki, o gəncə hansısa dərman vasitəsi verilibmi. Şəxsə hər hansı bir dərman preparatı və yaxud da narkotik tərkibli vasitə verilibsə, bu, onun narkomanlıqla və ya toksiki xəstəliklə xəstələnməsinə səbəb olubsa, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Eyni zamanda burada başqa müddəlar ola bilər. Məsələn, ehtiyatsızlıqdan sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilər. Bunu şəxsin hərəkətlərindən və ya aldığı xəsarətlədən müəyyən etmək olar. Ş.Paşayev belə hallarda insanların reaksiya verməməsini də tənqid edib: “Ən pisi odur ki, insanlar təpkisizdir. Küçədə bir gənc oğlanla gənc qız qucaqlaşsaydı, bir-birini sığallasydı, ətrafda olan hər kəs onlara reaksiya verər, sosial şəbəkələrdə yazardı. Həmin adamlara hansısa ağsaqqallar yaxınlaşıb namus, qeyrət dərsi keçməyə çalışardı. Amma burada adamı az qala ölümə tərk ediblər, təhlükədə qoyublar, orada olanların hansısa reaksiya verməsini görmürük. Çox təəssüfləndirici haldır”. Geri qayıt |