Əsas Səhifə > Güney Press > Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi

Nabrandakı məşhur hoteldəki “yemək davası”nın görünməyən tərəfi


Bu gün, 17:13

Bir neçə gündür sosial şəbəkələrdə Nabranda fəaliyyət göstərən məşhur “Elfaro” hoteldəki görüntülər müzakirə mövzusudur.

Musavat.com xəbər verir ki, həmin görüntülərdə hoteldə olan insanların yeməkxanada yaratdığı sıxlıq, bir-birlərini itələməsini görünür. Hotelə istirahətə gələnlər sanki sonuncu yeməkmiş kimi sözün əsl mənasında qırğına çıxmışdılar.

Həmin görüntülər sosial şəbəkədə birmənalı qarşılanmamışdı. Çoxluq əlbəttə növbə mədəniyyəti gözləməyən insanları qınayırdı. Amma hotel rəhbərliyini, işçilərini də qınayanlar var idi. Həmin görüntülərin bir də görünməyən tərəfləri var.

“Elfaro” hotel sosial şəbəkədə paylaşdığı yeni görüntülərdə baş verənlərin səbəbini izah etməyə çalışıb. Hotelin rəsmi səhifəsində yerləşdirilən videoda göstərilir ki, müştərilərin bəziləri olduqca israfçılığa yol verir. Yemək sırasında yaranan sıxlığın səbəbkarları da məhz elə həmin müştərilər olur.

Görüntülərdə xeyli həqiqət var. Həmin görüntüləri izləməyi və şərh etməyi oxucularımızın öhdəsinə buraxırıq...

com


Geri qayıt