Əsas Səhifə > Güney Press > "Bu ritual özümü toparlamağa kömək edir"

"Bu ritual özümü toparlamağa kömək edir"


10-08-2025, 19:08

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko gələcəkdə ana olmaq istədiyini bildirib. 

"DİA-AZ" xəbər verir ki, Kramarenkonun 20 yaşı var, o, yeniyetmələr arasında üçqat dünya çempionu, komanda yarışında Avropa çempionatının qalibidir.

- Yarışa çıxmazdan əvvəl hansısa vərdişləriniz varmı?

- Mən həmişə meydançaya çıxmazdan əvvəl öz-özümə deyirdim: "Allah kömək olsun. Və İrina Aleksandrovna Viner arxadan deyirdi: "Allah güclülərə kömək edir". Bu ritual özümü toparlamağa kömək edir.

- On ildən sonra özünüzü harada görürsünüz?

- Ana kimi. Mən həqiqətən ana olmaq istəyirəm. Dünyada ən vacib şey ailə və sevgidir. Övladlarımı gimnastikaya gətirərdim, amma israr etməyəcəyəm, - Kramarenkonun sözlərini "Match TV" sitat gətirib.

publika.az


Geri qayıt