Əsas Səhifə > Güney Press > Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri

Bu gün Ərdoğanın iştirakı ilə Azərbaycan-Ermənistan münasibətləri


Bu gün, 05:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf "Anadolu agentliyi"nə istinadən xəbər veri ki, iclasda əsas müzakirə mövzsu Qəzzada baş verənlər olacaq.

Bölgədə atəşkəsin təmin edilməsi, sülhün bərqərar olması və Qəzzaya humanitar yardımın buraxılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Nazirlər Kabinetinin gündəliyində Azərbaycan-Ermənistan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannamə də müzakirəyə çıxarılacaq. Ankara sülh yolunda əldə edilən irəliləyişdən məmnundur.

Regionda davamlı sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı məsləhətləşmələr aparılacaq.

Nazirlər Kabinetinin gündəmində Suriyadakı hadisələr də var. Xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərlərinin nəticələri müzakirə olunacaq.

Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlmiş diplomatik təşəbbüslər və fəaliyyətlər müzakirə olunacaq.

Görüşdə Suriyadakı proseslərlə bağlı müzakirə ediləcək mühüm mövzulardan biri də “Terrordan azad Türkiyə” prosesidir.

Nazirlər Kabinetinin iclasında Milli Məclisdə yaradılmış “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya” komissiyasının işi qiymətləndiriləcək. Silahsızlaşdırma prosesində mövcud vəziyyət hərbi və kəşfiyyat hesabatları əsasında təhlil ediləcək.


Geri qayıt