Əsas Səhifə > Güney Press > Bu şirkət yol təmir edəcək
Bu şirkət yol təmir edəcəkBu gün, 10:49 |
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən elan olunmuş tender yekunlaşıb. "DİA-AZ" xəbər verir ki, tender Qazax şəhərində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı elan edilmişdi.Tenderin qalibi "Azərtranss" MMC (VÖEN: 4200338081) olub. Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 674 949 manat təşkil edir. Xatırladaq ki, "Azərtranss" MMC bu il ərzində daha bir tenderin qalibi olub. Belə ki, 13 yanvar 2025-ci il tarixində "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən keçirilən açıq tenderdə şirkət Ucar filialının inzibati binasında dam örtüyünün quraşdırılması işlərinin satınalınması üzrə qalib seçilib. Həmin tenderin dəyəri 74 570 manat təşkil edib. Qeyd edək ki, “Azərtranss” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Adil Qasımov Məmməd oğludur. Hüquqi ünvanı AZ3500, Qazax rayonu, Qazax şəhəri, Heydər Əliyev küçəsi, ev 58/5 ünvanında yerləşir. Geri qayıt |