Əsas Səhifə > Güney Press > ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir
ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdirBu gün, 11:24 |
“ABŞ-nin Ermənistana daxil olması İran üçün qəbuledilməzdir”. Teleqraf xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Əli Baqeri Qəni ABŞ-nin Ermənistanın cənubundan keçən nəqliyyat dəhlizinə (“Tramp yolu”) nəzarətinə dair razılaşma barədə danışarkən deyib. “Tehran üçün İranın sərhədlərində sabitliyi, inkişafı və tərəqqini təmin edəcək şərait yaratması vacibdir və bu şərtlər İranın qonşuları ilə hərtərəfli əməkdaşlıq yolu ilə formalaşır. Əcnəbilərin, xüsusən də ABŞ-nin öz maraqlarını təmin etməklə regiona (Ermənistana) daxil olmaq və region ölkələrinin maraqlarına toxunmaq istəməsi həm İran, həm də region ölkələri və xalqları üçün qəbuledilməzdir”, - ölkə rəsmisi bildirib. Geri qayıt |