Əsas Səhifə > Güney Press > Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq
Üçdən az şirkət müraciət etdi, 84 min manatlıqBu gün, 12:14 |
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən elan olunmuş tender ləğv edilib. FED.az xəbər verir ki, tender kibertəhlükəsizlik laboratoriyası üçün avadanlıqların satınalınması ilə bağlı elan edilmişdi.Satınalma müsabiqəsinin ləğv edilməsinə səbəb kimi təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib. Tenderin ehtimal olunan qiyməti 84 060 manat idi. Müsabiqə 4 avqust 2025-ci il saat 17:20-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 8 avqust 2025-ci il saat 17:00-da baş tutmalı idi. Lakin iştirakçı sayı tələb olunan minimum həddən az olduğu üçün satınalma prosesi dayandırılıb. Geri qayıt |