Əsas Səhifə > Güney Press > Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən varBu gün, 08:57 |
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb. Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |