Əsas Səhifə > Güney Press > Norveç şirkəti Azərbaycan bazarından gedir
Norveç şirkəti Azərbaycan bazarından gedirBu gün, 09:38 |
Norveç Krallığının "DNV AS" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN-i 9900015951) ləğv olunduğunu elan edib. FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu filial 17 iyul 2004-cü il-də yaradılıb. Qanuni təmsilçisi Mikayıl İsmayılzadə Adil oğludur. DNV AS (əvvəlki adı Det Norske Veritas) mərkəzi Norveçin Hövik şəhərində yerləşən beynəlxalq keyfiyyət təminatı və risklərin idarə edilməsi şirkətidir.1864-cü ildə Norveç ticarət gəmilərinin texniki vəziyyətini yoxlamaq və qiymətləndirmək üçün yaradılan qurumun əsas məqsədi "həyatı, əmlakı və ətraf mühiti qorumaq" olaraq bəyan edilir. 2013-cü ildə Almaniyanın Germanischer Lloyd (GL) şirkəti ilə birləşərək DNV GL adını almış, 2021-ci ildə isə adını yenidən DNV olaraq sadələşdirmişdir. 100-dən çox ölkədə 350-yə yaxın ofisi və 15,000-ə yaxın işçisi olan DNV, dünyanın ən böyük gəmi təsnifat cəmiyyətidir. Əsas fəaliyyət sahələri:
Geri qayıt |