Əsas Səhifə > Güney Press > Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulubBu gün, 11:03 |
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub. "DİA-AZ" xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər. Məlumatı DİN Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər. Geri qayıt |