Əsas Səhifə > Güney Press > Donetskdə şiddətli döyüş:

Donetskdə şiddətli döyüş:


Bu gün, 12:26

Ukrayna Milli Qvardiyasının I Korpusunun “Azov” xüsusi təyinatlı bölmələri Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində müdafiəyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun korpusu məlumat yayıb.

Açıqlamada deyilir ki, artıq bir neçə gündür “Azov” Pokrovsk istiqamətində təyin olunmuş müdafiə zolağını tutub:

“Vəziyyət mürəkkəb və dinamik olaraq qalır. Bu istiqamətdə irəliləməyə çalışan düşmən (Rusiya ordusu - red) canlı qüvvə və texnikada ciddi itki verir”.

Bildirilir ki, korpus müəyyən olunmuş ərazidə Rusiya qüvvələrinin qarşısını almaq üçün planlı tədbirlər həyata keçirir.


Geri qayıt