Əsas Səhifə > Güney Press > Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir?

Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir?


Dünən, 17:13

"Yeni Sabah"ın müsahibi Xalq artisti Rasim Balayevdir.

- Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzov bildirib ki, sənət əxlaqının ona miras qoyduğu şərtləri qəbul edərlərsə, Azərbaycana gələrəm. Bu məsələyə münasibətiniz necədir? Gərək ki siz bu məsələyə artıq bir dəfə münasiət bildirmişdiniz...

- Cahangir Novruzovun "sənət əxlaqı" dedikdə, sırf nəyi nəzərdə tutduğunu bilmirəm, amma o, mütləq Azərbaycana qayıtmalıdır. Çünki böyük sənətkardır. Həm aktyor kimi, həm rejissor kimi, savadlı insan kimi ölkəmizə lazım olan şəxsdir. Mən hər zaman deyirəm ki, ona Azərbaycanda yer verilmədi. pizza mizza

- Əgər Cahangir Zeynalova teatrda yer verilsəydi, nəticələri necə olardı?

- Bu gün hansısa bir teatrın direktoru və baş rejissoru ola bilərdi, amma bunu etmədilər. Teatr aləmimizin belə sənətkarlara ehtiyacı var idi. O, çox ağıllı rejissordur. Heyf ki, burada etməli olduğu işləri orada görür. Yaxşı gənclər yetişdirir. Kaş bütün bunları öz ölkəmiz üçün edərdi. Burada qalıb fəaliyyət göstərsəydi, bəlkə də bizim də teatr sahəsində böyük uğurlarımız olardı.

- Doğum günüzü qeyd etdiniz. Hər hansı xüsusi bir hədiyyəniz oldumu?

- Yox. Xüsusi bir hədiyyəm olmadı. Yuvarlaq rəqəm deyildi. 77 yaşım oldu. Adətən, yubiley doğum günüm olanda dost-tanışla yığışıb nəsə edirdik. Bu dəfə ailəmizlə birlikdə qeyd etdik.

- Yaxın günlərdə sülh sazişi bağlandı. Bundan sonra müharibə, Qarabağ haqqında nə kimi filmlər çəkməliyik?

- Bunu film çəkənlər daha yaxşı bilər. Çünki aktyoruq, film çəkilişi məsələlərinə baxmırıq. Filmi Kino Agentliyi çəkir. Onlar bu barədə suallarınızı daha yaxşı cavablandıra bilərlər. Amma hər halda müharibəni əks etdirən filmlər çəkməliyik. Döyüşlərdə iştirak edən igidlərimizi hər kəsə tanıtmalıyıq. Düşünürəm ki, planda var, ancaq nə vaxta hazır olacağını bilmirəm. Bu mövzuda bədii film mütləq çəkilməlidir.

- Özünüzün müharibə filmləri ilə bağlı hər hansı bir təklifiniz varmı?

- Xeyr. Mən rejissor deyiləm, amma rol təklifi alsam, sevərək qəbul edərəm. Təbii ki, yaxşı bir obrazı canlandırmaq şərti ilə.

- Serial təklifi gəlsə, qəbul edərsiniz?

- Yox. Seriallara çəkilmərəm. Bu barədə düşünmürəm. Fikirləşirəm ki, serial sahəsi mənə görə deyil, amma yaxşı film təklifi gəlsə çəkilərəm. Düşünürəm ki, teatrda da oynaya bilmərəm.

- Hər rolu qəbul edərsiz, ya ssenari ilə tanış olub, rol haqqında hər şeyi öyrənib sonra qəbul edirsiniz?

- Təbii ki, qəbul etdiyim hər rol ilə öncədən tanış oluram. Özümü orada görürəmsə qəbul edirəm, yoxsa yox. Hər obrazı canlandıra bilmərəm. Mütləq şəkildə özümə uyğun olmalıdır. Əks halda mümkün deyil. İmtina etdiyim rollar da olub. İndi hər kəs bilir ki, hər təklifi qəbul etmirəm. Ona görə də ehtiyatlı davranırlar. Ssenarisi zəif olan layihələrdə iştirak etmirəm. Düşünürəm ki, görülən hər iş keyfiyyətli olmalıdır.


Geri qayıt