Əsas Səhifə > Güney Press > Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilərBu gün, 18:08 |
Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib. “Report” xəbər verir ki, bu barədə "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar “RBK-Ukrayna”ya müsahibəsində Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib. Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır. Qonçarın sözlərinə görə, Azərbaycan Avropa İttifaqının qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək. Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır. "Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb. Geri qayıt |