Əsas Səhifə > Güney Press > Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək

Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək


Bu gün, 12:59

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Alyaskada keçiriləcək görüşünü dəyərləndirən analitiklər ikincinin sülhün əldə olunmasında maraqlı olmadığından ehtiyat edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ekspertlərin fikrincə, Rusiya qeyri-müəyyən müddətə döyüşməyə hazırdır, Putin silah və canlı qüvvə baxımından Ukraynanı məğlub edə biləcəyinə əmindir.

“Putin Ukrayna təslim olana qədər döyüşməyə hazırdır. Rusiya Baş Qərargahının hesablamalarına görə, ABŞ və Avropanın hərbi yardımını nəzərə alsaq belə, döyüş potensialında Rusiyanın Ukrayna üzərində əhəmiyyətli üstünlüyü Moskvaya Kiyev və onun Qərb tərəfdarlarından daha uzun müddət dayanmağa imkan verəcək”.

Nəşr iddia edib ki, Rusiyada işçi qüvvəsi, silah arsenalı və hərbi sənaye potensialı çatışmazlığı yoxdur:

“Urayna isə lazımi silah sistemləri və sursat çatışmazlığı ilə üzləşib. ABŞ və Avropanın arsenalları da tükənir. Bundan başqa, Ukrayna əsgərinin orta yaşı 45-ə çatıb”.

Nəşr qeyd edib ki, Pentaqonun bu yaxınlarda Ukraynaya silah tədarükünü dayandırması ABŞ-nin hərbi toqquşma ehtimalına qarşı öz silah ehtiyatlarından narahat olması deməkdir:

“Bu vəziyyət göstərir ki, Ukrayna illərlə əlavə silah tədarükünə ümid edə bilməz.

Əksinə, Putin bütün müharibə boyu qüvvələrini həm açıq, həm də gizli şəkildə səfərbər edir, Dövlət Dumasına ilboyu hərbi xidmətə çağırış haqqında qanun layihəsini demək olar ki, təsdiqləyəcək”.

Mənbə Putinin avqustun 15-də Trampa hər hansı güzəştə getməyəcəyinə inandığını bildirib:

“Putin Moskvanın üstünlüyünə qətiyyətlə inanır. Trampın məqsədi Ukraynada qətliamları dayandırmaq olsa da, Putinin ehtimal məqsədi azad dünya liderinin yanında dayanmaqdır. Bu, nəinki Rusiyanın Qərbin düşündüyü kimi təcrid olunmadığını, həm də Amerika ilə bərabərhüquqlu olduğunu nümayiş etdirmək üçün lazımdır. Putinin taktikasını dərindən dərk etmədən Trampın sövdələşmə sənəti heç bir nəticə verməyəcək”.


Geri qayıt