Əsas Səhifə > Güney Press > Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi
Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdiBu gün, 16:19 |
“İran Prezidenti Məsud Pezeşkianın avqustun 19-da Ermənistana səfərində bir sıra ikitərəfli sənədlər imzalanacaq”. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Vaan Kostanyan İran KİV-ə müsahibəsində deyib. “Prezident Pezeşkianın İrəvana səfərinə fəal hazırlaşırıq. İnanıram ki, bu tarixi və çoxdan gözlənilən səfər ölkələrimizin siyasi birliyini daha da möhkəmləndirəcək, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - nazir müavini qeyd edib. M.Pezeşkianın səfəri çərçivəsində hansı sənədlərin imzalanacağı ilə bağlı suala V.Kostanyan belə cavab verib: “İki ölkə arasında mühüm sənədlərin imzalanacağını gözləyirik, amma bəzi detalları hələlik məxfi saxlayırıq”. Geri qayıt |