Əsas Səhifə > Güney Press > “Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir

“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir


Bu gün, 17:28

“Galf Konstrakşn” MMC ləğv olunduğunu elan edir.

"DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsi̇mi̇ rayonu, Hüseyn Seyi̇dzadə küçəsi, ev 31, mənzil 32 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Galf Konstrakşn” 17 dekabr 2004-cü ildə təsis edilib. Şirkət 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçsi Nərgiz Hacıəliyeva Rəşid qızıdır.

“Galf Konstrakşn” MMC Respublikanın ən iri sənaye müəssisələrindən biri olan “Qaradağ Sement” ASC –nin rəsmi distribütoru olub, Bakı və Sumqayıt şəhəri ərazisində dilerlər vasitəsi ilə sement satışını həyata keçirir.


Geri qayıt