Əsas Səhifə > Güney Press > Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI

Xameneinin müşaviri Azərbaycan barəsində DANIŞDI


Bu gün, 00:15

İranın ali rəhbəri Əli Xameneinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayəti Ermənistanın xarici işlər naziri müavini Vahan Kostanyanla görüşündə regiondakı vəziyyətlə bağlı fikirlərini açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, Vilayəti İran İslam Respublikası həmişə qonşu ölkələr arasında davamlı sülh və əmin-amanlığa çalışdığını, eyni zamanda Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün digər aktorlardan daha çox səy göstərdiyini bildirib.

O vurğulayıb ki, bölgənin taleyini yalnız regional ölkələr müəyyən etməlidir və sual edir: amerikalıların mövcudluğu, hətta iqtisadi səbəblərlə belə son nəticədə qeyri-sabitliyə gətirib çıxarırsa, sülhün təmin edilməsi üçün Vaşinqtona müraciət etməyin nə zərurəti var?

Vilayəti həmçinin sərhədlərə yaxın baş verən hər hansı hadisənin diqqətlə izlənildiyini və İranın milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə qarşı olduğunu bildirib.


Geri qayıt