Əsas Səhifə > Güney Press > İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı

İrəvan məhkəməsi Samvel Karapetyanın həbs müddətini uzatdı


Bu gün, 09:00

İrəvan məhkəməsi iş adamı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Liana Qasparyan jurnalistlərə məlumat verib.
Müdafiə tərəfi qərarı şikayət etmək niyyətindədir.
Qeyd edək ki, Samvel Karapetyan son vaxtlar ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.
Ermənistan məhkəməsinin qərarına əsasən, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülərək həbs edilib.


Geri qayıt