Əsas Səhifə > Güney Press > Trampa bağlı arzuolunmaz iddia yayıldı
Trampa bağlı arzuolunmaz iddia yayıldıBu gün, 13:04 |
ABŞ Prezidenti Donald Tramp haqda iddialardan biri də onun anidən mövqe və fikir dəyişikliyi etməsi ilə bağlıdır. Bəzi təhlilçilərin fikrincə, Tramp Azərbaycana münasibətini, sülhlə sənədi və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də gözlənilmədən dəyişə bilər. Bu iddialar sanki 8 avqust Vaşinqton görüşünü və orada əldə edilən tarixi razılaşmanı gözdən salmağa yönəlib. Donald Tramp bu cür gözlənilməz mövqe dəyişikliyinə gedərmi? Globalinfo.az-a danışan politoloq Qədir Aslan bildirib ki, ABŞ-da hansı administrasiya hakimiyyətdə olmasından asılı olmayaraq, dövlətin uzunmüddətli, ardıcıl və qətiyyətli bir strateji baxışı mövcuddur: “Bu yanaşma Cənubi Qafqaz və Azərbaycan üçün də keçərlidir. Doğrudur, əvvəllər ABŞ-ın prioritetləri sırasında insan haqları məsələləri ön planda idi, lakin beynəlxalq şəraitin dəyişməsi fonunda bu məsələlər ikinci plana keçib. Hazırda Vaşinqton üçün əsas məsələ beynəlxalq bazarda öz mövqeyini qorumaq, strateji maraqlarını təmin etməkdir. Azərbaycanla razılıq əldə etmək ABŞ üçün çətin deyil. Bütün administrasiyalar dövründə bir məqam dəyişməz qalıb: 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanın ABŞ üçün regionda əhəmiyyəti böyük olub. Xəzər hövzəsinə yatırılan 40 milyard dollardan artıq sərmayə 2017-ci ildə imzalanan yeni saziş ilə 2050-ci illərə qədər davam uzadıldı. Trampın mövqeyini dəyişməsi real görünmür. Bəzən elə təsəvvür yaranır ki, Tramp Baydenin əksini edəcək, amma belə deyil. Tramp Baydenin başladığı prosesləri davam etdirir və onun qoyduğu strateji xətdən kənara çıxmır”. Politoloq qeyd edib ki, bu gün imzalanan sənədlər 6 ayın içində hazırlanmayıb, burada azı 20 illik bir diplomatik zəmin var:“Yəhudi lobbisinin, Türkiyənin, bir sıra strateji aktorların iştirakı ilə bu proses ilmə-ilmə hazırlanıb. Bu səbəbdən də, Trampın qəfil şəkildə imtina etməsi və ya razılaşmalardan geri çəkilməsi inandırıcı deyil. Azərbaycan ABŞ üçün çox vacib dövlətdir. Azərbaycanın zəngin enerji ehtiyatları, neft və qaz yataqları Vaşinqtonun strateji maraqları ilə birbaşa əlaqəlidir. Ona görə də bu kimi iddialar Zəngəzurla və ya sülh prosesi ilə bağlı spekulyativ şəkildə dövriyyəyə buraxılırsa, bunu da bu kontekstdə – yəni ABŞ-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi daşıyan təbliğat kimi dəyərləndirmək lazımdır”. Geri qayıt |