Əsas Səhifə > Güney Press > Bu su anbarında təmir işləri aparılacaq

Bu su anbarında təmir işləri aparılacaq


Bu gün, 17:12

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətiaçıq tender elan edir.

"DİA-AZ" xəbər verir ki, elanda Viləşçay su anbarının II növbəsinin tikintisi texniki-iqtisadi əsaslandırılması və layihə smeta sənədlərinin hazırlanması əsasında Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpası işlərinin satın alınması nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1300300711

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 69a

Ehtimal olunan qiymət: 6 448 053 AZN

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.09.2025 15:00

Zərflərin açılış tarixi və vaxtı: 15.09.2025 15:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Yusif Hüseynov, Planlama və Satınalmaların Təşkili şöbəsi baş məsləhətçi-şöbə müdirinin müavini

Email : [email protected]

Əlaqə telefonnu: +994 55 225 12 31


Geri qayıt