Əsas Səhifə > Güney Press > Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcəkBu gün, 11:48 |
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib. "Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ - Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib. Geri qayıt |