Əsas Səhifə > Güney Press > Rəqsanənin səhhətində problemlər var
Rəqsanənin səhhətində problemlər varBu gün, 17:39 |
Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır. "DİA-AZ" xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib. "Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim". Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |