Əsas Səhifə > Güney Press > Pezeşkian erməniləri təriflədi

Pezeşkian erməniləri təriflədi


Bu gün, 09:31

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərində Tehranın Qafqaz regionunda baş verən proseslərdən narahatlığı dilə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə ISNA yazıb.

İran agentliyi bildirib ki, səfər zamanı Pezeşkian İrəvanın bu narahatlıqları nəzərə almalı olduğunu vurğulayıb. Qeyd edilib ki, Pezeşkian Ermənistan Baş naziri Nikol Paşinyan ilə iki saat təkbətək görüşüb.

Mənbə İran prezidentinin İrəvanda ermənilər və Ermənistan barədə söylədiyi bəzi fikirlərə də yer verib:

“Pezeşkian ermənilərin İran cəmiyyətində nüfuzuna toxunaraq qeyd edib: “Böyük fars şairlərinin şeirlərində erməni soydaşlarının dürüstlüyü və namusluluğu həmişə xatırlanıb və təriflənib və bu gün də ermənilər İran cəmiyyəti üçün çox əzizdirlər”.

Prezident İran və Ermənistanın iki xalqı arasında minlərlə illik qonşuluq münasibətinə toxunaraq qeyd edib: “İnsan uzaq keçmişdə rastlaşdığı insanların çoxunu unuda bilər, amma yaxşılıq və məhəbbət aldığı birini heç vaxt unutmur. İran və Ermənistan xalqları bir-birindən xeyirxahlıq, mehribanlıq, məhəbbət və dostluqdan başqa heç nə görməyiblər”.


Geri qayıt