Əsas Səhifə > Güney Press > Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi

Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi


Bu gün, 09:48

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan Qasımzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, Elxan Qasımzadə lotereya biletlərinin satışı ilə məşğul olan zərərçəkmiş Rasif Əkbərovun (soyadı şərtidir) etibarını qazanaraq, sonuncuya məxsus poz-qazan lotereya biletlərini satıb pulunu ödəyəcəyi barədə yalan vəd verib. O, bu yolla 10 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində zərərçəkmiş şəxsdən 6850 manat dəyərində poz-qazan lotereya biletlərini alıb, uduş əldə etmək məqsədi ilə özü istifadə edib. Sonradan Elxan verdiyi vədə əməl etməyib.

Zərərçəkmiş Rasif Əkbərov məhkəmə iclasında ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, aralarında barışığın əldə olunduğunu və sonuncuya⁰ qarşı şikayət və tələbnin olmadığını bildirib.


Geri qayıt