Əsas Səhifə > Güney Press > Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB

Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB


Bu gün, 11:16

Bu ilin altı ayı üçün Şəkidə əhali sayı və demoqrafik göstəricilər açıqlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iyul ayına olan məlumata görə Şəki rayonunun əhalisi 184 791 nəfər təşkil edir.

Şəki Şəhər Statistika İdarəsindən bildirilib ki, onlardan 67 634 nəfəri (Turan və Çələbixan qəsəbələri də daxil olmaqla) şəhər, 117 157 nəfəri isə kənd əhalisidir.

İlin əvvəlindən bəri rayonda 665 körpə dünyaya gəlib, 670 nəfər vəfat edib.

Həmçinin 352 nikah bağlanıb, 170 boşanma qeydə alınıb.


Geri qayıt