Əsas Səhifə > Güney Press > Tramp Ermənistanı “Albaniya” adlandırdı

Tramp Ermənistanı “Albaniya” adlandırdı


Bu gün, 11:56

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.

Teleqraf xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.

Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb.

Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb.

“Mən bunu həll etdim”, - ABŞ prezidenti əlavə edib.

Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.


Geri qayıt