Əsas Səhifə > Güney Press > Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyibBu gün, 15:51 |
Rusiya Avropa liderlərinin Vaşinqtona səfərləri zamanı onlardan Ukraynada vəziyyətin nizamlanması ilə bağlı konstruktiv ideyalar eşitməyib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. "Biz hələlik yalnız vəziyyətin son dərəcə gərginləşdirilməsini, ABŞ Prezidenti Donald Trampın mövqeyini dəyişdirmək cəhdlərini görürük", - o qeyd edib. S.Lavrovun sözlərinə görə, Avropa ölkələri liderlərinin bu cür mövqeyini bazar ertəsi (18 avqust - red.) Vaşinqtonda keçirilən görüş zamanı müşahidə etmək olardı. "Biz orada avropalıların dilindən heç bir konstruktiv ideya eşitmədik", - nazir qeyd edib. Geri qayıt |