Əsas Səhifə > Güney Press > Azərbaycanda internet ÇÖKDÜ
Azərbaycanda internet ÇÖKDÜBu gün, 15:15 |
Azərbaycanda internetlə bağlı ciddi çətinliklər müşahidə olunur. İstifadəçilərin bir qismi sosial şəbəkələrə məhdud şəkildə daxil ola bilsə də, çoxları ümumiyyətlə heç bir internet resursuna qoşula bilmir. Bəzi abunəçilər sürətin kəskin şəkildə zəiflədiyini, digərləri isə tamamilə əlaqənin kəsildiyini bildirirlər. Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Sosial mediada isə internetin bərpası ilə bağlı müxtəlif müzakirələr aparılır və istifadəçilər qarşılaşdıqları çətinlikləri paylaşırlar. Geri qayıt |