Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR

Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR


Bu gün, 08:45

Şəki rayonun Baş Göynük kənd sakini Nurəddinov Adil Yasin oğlu tərəfindən Ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident İlham Əliyev! Sizin məhkəmə və icra şöbəsi islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikası dövlətinin təmsil edən notarial orqanın sənədinin icra olunmaması üçün Balakən İcra Şöbəsində şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən birini də mənim işim üzrə Şirvan İcra Şöbəsinin icra məmurudur. .

Bir daha xatırlatmaq istərdik ki, mən oğlumun işə düzəlməsi üçün tanış olduğum hərbi qulluqçu, Şəhriyar Ağayevin vədlərinə inananaraq, guya onun yuxarılarda vəzifəli şəxslərlə dostluq əlaqələrinin olduğunu bildirərərək onun işlə təmin olunmasını üzərinə götürmüşdür. 15 mart 2023-cü ildə mən bu adama Bakı şəhərinə gəlib 8 saylı notariat ofisində 6 ay müddətinə geri qaytarılmaq şərtilə 14000 manat pul vermişəm. ( sənəd əlavə edilir.)

Lakin necə oldusa bu adam guya bu iş üçün məndən borc alıb verdiyi şəxsin işi düzəltmədiyi ortalığa çıxır. Mən məcbur olub Ş. Ağayevin mənə qarşı dələduzluq etdiyini anlayıb 2024-cü ildə onun qeydiyyatda olduğu Neftçala rayon Məhkəməsinə borcun qaytarılmasına” dair iddia ərizəsi verdim.Neftçala Rayon Məhkəməsinin L-2(053)-975/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Ağayev Şəhriyar Valeh oğlundan borca görə 14335 manat alınaraq mənə verilməsi qətr edilmişdir. Və qətnamə qanuni qüvvəyə mindikdən sonra həll edilməsi üçün Şirvan İcra Şöbəsinə göndərdi. Həmin şöbənin Mübariz adlı icra məmuru mənə zəng edərək borc məbləğinin ödənilməsi üçün bank kartının hesabının göndərməyimi və icranın təmin ediləcəyini bildirmişdir. Artıq 9 ay müddət keçməsinə baxmayaraq Şirvan İcra Şöbəsi məhkəmə qətnaməsini icra etmədi. Lakin bu şöbənin rəisi Cabir Məmmədovun mənə yazdığı 07.07.2025-ci il tarixli cavab məktubundan aydın olur ki, bizdən əvvəl Ş.Ağayevin digər şəxsə- İsmayılov Nəsir Əlirza oğluna da 3025 manat borcu olduğuna görə 20 avqust 2024-cü il tarixli Neftçala rayon notariat ofisinin borcun tutulması barədə məktubu olduğuna görə ilk olaraq növbəlilik əsasında tulmalar həyata keçirilməsi qeyd edilir. Bizə o da məlum olmuşdur ki, Ş.Ağayev işlədiyi hərbi hissədə digər bir leytenant iş yoldaşına da borc müqaviləsi əsasında etimadından süi-istifadə edərək hansısa iş görmək vədilə aldığı külli miqdarda pulu da qaytarmadığından iş yoldaşı yerli prokurorluğa ( Kəlbəgər rayonu üzrə) müraciət etmişdir. Və onun barəsində araşdırma başlanmışdır.

Bizim araşdırma və rəsmi sənədlərdən əldə etdiyimiz məlumatlardan indi aydın olur ki, bizə borclu olan hərbi qulluqçu Ağayev Şəhriyar bizi kimi çoxsaylı adamlara iş düzəltmək adı altında borc müqaviləsilə pullarını alaraq aldatməş, dələduzluq edərək əmlaklarımızı mənimsəmişdir.

Cənab Prezident, cənab Baş Prokuror Kamran Əliyev və cənab Ədliyyə naziri Fərid Əhmədov Sizlərdən xahiş edirəm ki, mənə və digərlərinə qarşı hərbi qulluqçu Ş.V.Ağayevin törətdiyi dələduzluq əməlləri araşdırılaraq hüquqi qiymət verilməsinə, onlarla gizli sövdələşmələr edən Şirvan İcra Şöbəsinin icra məmuru Mübarizlə bağlı da şəxsi nəzarətiniz altında araşdırmalara başlanmasına və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm..."


Geri qayıt