Əsas Səhifə > Güney Press > Tramp Kiyevin hərəkətindən qəzəblənib

Tramp Kiyevin hərəkətindən qəzəblənib


Bu gün, 17:27

ABŞ prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana “Dostluq” neft kəmərinə edilən hücumlardan son dərəcə qəzəbləndiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Vaşinqtondan Budapeştə göndərilən və Macarıstanın baş nazirinin siyasi müşaviri və həmfamili olan Balaj Orbanın dərc etdiyi mesajda deyilir.

“Viktor, eşitdiklərim xoşum gəlmir. Buna çox qəzəbləndim”, - Rusiya neftini Macarıstan və Slovakiyaya daşıyan boru kəməri infrastrukturuna hücumla bağlı Orbanın məktubuna əlyazma ilə verdiyi cavabda ABŞ prezidenti vurğulayıb.

Balaj Orban sosial şəbəkədə Ağ Evdən Macarıstanın baş nazirliyinə daxil olan məktubun fotosurətini yayıb.


İşlər naziri Peter Siyyarto və Slovakiyanın İqtisadiyyat naziri Denis Sakov infrastruktura hücum nəticəsində Rusiya neftinin “Dostluq” kəməri vasitəsilə hər iki ölkəyə tədarükünün yenidən dayandırıldığını bildiriblər. Siyyarto qeyd edib ki, Rusiya-Belarus sərhədində neft kəmərinə hücum artıq qısa müddət ərzində üçüncü dəfə baş verib. Sakovun sözlərinə görə, hazırda dəymiş ziyan hesablanır.
Daha sonra Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz gecə saatlarında kütləvi hücumdan sonra Uneçka rayonunda yanacaq infrastrukturu obyektində yanğın baş verdiyini açıqlayıb.

Xatırladaq ki, obyekt ilk dəfə avqustun 13-də vurulub və avqustun 18-də Macarıstan ikinci zərbədən sonra Rusiyadan neft tədarükünün yenidən dayandırıldığını elan etmişdi.

Bu gecə Ukraynaya məxsus PUA-lar “Dostluq” neft boru kəmərinin Rusiyanın Bryansk vilayətindəki nasos stansiyasına yeni zərbələr endirib.

Geri qayıt