Əsas Səhifə > Güney Press > Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi

Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi


Bu gün, 17:59

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) mayoru Erkin Ələkbərov vəfat edib.
"DİA-AZ" “Unikal”a istinadən xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan ölüb.
Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub.
Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.
Onun 5 yaşında qızı və 1 yaşında oğlu var.
Qeyd edək ki, zabit Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.



Geri qayıt