Əsas Səhifə > Güney Press > “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılırBu gün, 10:17 |
Ləğv prosesində olan “Baku Food Center” QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib. "DİA-AZ" xəbər verir ki, bu barədə qərar 20 iyul 2025-ci il tarixli, 07/25 nömrəli protokola əsasən rəsmiləşdirilib. Məlumata görə, “Baku Food Center” QSC 29 may 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2 min manat nizamnamə kapitalına malikdir . Qanuni təmsilçi qismində hazırda Fəxrəddin İsgəndərzadə Faiq oğludur. Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Yusif Vəzir Çəmənzəminli, ev.36A-dır Geri qayıt |