Əsas Səhifə > Güney Press > Çox yaxında Bakıya təzminat ödəyə bilərik

Çox yaxında Bakıya təzminat ödəyə bilərik


Bu gün, 10:45

Ermənistan Azərbaycan ərazilərinin işğalına və bu dövrdə baş verənlərə görə Bakıya təzminat ödəyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

Ekspert Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü tələbləri xatırladıb:

- Ermənistan Konstitusiyasının dəyişdirilməsi;

- Anklavların təhvil verilməsi;

- Zəngəzur dəhlizinin açılması

“Hətta çox yaxında Azərbaycana təzminat ödəmək faktı ilə də üzləşə bilərik”, - Məlik-Şahnazaryan qeyd edib.


Geri qayıt