Əsas Səhifə > Güney Press > Laricani Zəngəzur dəhlizi barədə:

Laricani Zəngəzur dəhlizi barədə:


Bu gün, 12:51

“Bu yolun açılması İran üçün təhlükəli olmaya bilər”.

Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinə dair əldə edilmiş razılaşmanı şərh edərkən deyib.

“Bəli, lazımi tədbirlər görülməsi şərti ilə özlüyündə təhlükəli olmaya bilər. Əlbəttə, həmişə ehtiyat tədbirləri görmək lazımdır, heç nə olmadığını da söyləmirəm”, - qurum rəhbəri qeyd edib.

“Tramp yolu” layihəsinin (və ya Zəngəzur dəhlizinin) İran üçün geosiyasi boğulma yaradıb-yaratmayacağı ilə bağlı suala Laricani belə cavab verib:

“Burada geosiyasi boğulma o deməkdir ki, sizin Ermənistana yolunuz kəsilir. Əgər yolunuz kəsilibsə və çıxışınız yoxdursa, bu baxımdan boğulma düzgündür, amma Ermənistanın İrana verdiyi izahatlar bunu əks etdirmir. Hələlik izahatları bunun belə olmadığını göstərir”.


Geri qayıt