Əsas Səhifə > Güney Press > Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib

Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib


Bu gün, 14:05

Bu il ali məktəbə qəbul olan tələbələr arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva, 44 günlük Vətən müharibəsinin mülki şəhidləri Anar Quluyevin oğlu Elnar Quluyev və Sabit Əsədovun qızı Fidan Əsədova da var.
Nigar Əliyeva Bakı Dövlət Universitetinin tarix fakultəsinə, Elnar Quluyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin neft-qaz mühəndisliyi fakultəsinə, Fidan Əsədova isə Bakı Dövlət Universitetinin Qazax filialının filologiya fakultəsinə qəbul olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ali məktəbə qəbul olunan Nigar, Elnar və Fidanın timsalında bütün şəhid övladlarını ürəkdən təbrik edib, onlara sağlamlıq, uğurlar və gələcək həyat yollarında böyük zirvələr fəth etməyi arzulayıb. Bildirib ki, bu uğurlar təkcə ailələrinin deyil, bütün xalqımızın qürur mənbəyidir. Onların hər biri şəhid valideynlərinin müqəddəs xatirəsini daim uca tutaraq təhsildə qazandıqları nailiyyətlərlə həm ailələrinə, həm də Vətənə layiq övlad olduqlarını sübut edirlər.

Geri qayıt