Əsas Səhifə > Güney Press / Ana xəbər > İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldıBu gün, 15:29 |
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.
Vüqar Novruzov həmçinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərargah rəisidir.
Qeyd edək ki, bu ilin avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.
![]() Rauf Əsədov
Geri qayıt |