Əsas Səhifə > Güney Press > Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq

Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq


Bu gün, 16:27

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ elan etdiyi üç tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tenderlər beynəlxalq elmi məlumat bazalarına abunəlik haqlarının ödənilməsi məqsədilə həyata keçirilib.

Belə ki, “Scopus” məlumat bazasına abunəlik haqqı üzrə keçirilən tenderin qalibi “Elsevier B.V” olub və şirkətlə bağlanan müqavilənin dəyəri 982 427 AZN təşkil edib.

“Web of Science” məlumat bazasına abunəlik haqqı üzrə tenderdə isə qalib “Clarivate Analytics (UK) Ltd” seçilib və müqavilə məbləği 1 737 191 AZN müəyyən olunub.

Üçüncü tenderdə isə “ProQuest” məlumat bazasına abunəlik haqqının ödənilməsi məqsədilə elan olunan satınalmanın qalibi yenə də “Clarivate Analytics (UK) Ltd” olub və bu tender üzrə müqavilənin dəyəri 557 222 AZN təşkil edib.

Qeyd edək ki, Elsevier B.V elmi jurnallar, kitablar və məlumat bazaları dərc edən dünyanın ən iri akademik nəşriyyat şirkətlərindən biridir. Şirkət tədqiqatçılar üçün “Scopus” və “ScienceDirect” kimi məşhur platformalar təqdim edir. Şirkət 1880-ci ildə yaradılıb, baş ofisi Amsterdam, Niderlandda yerləşir.

Clarivate Analytics (UK) Ltd elmi araşdırmalar, patentlər və innovasiya sahəsində məlumat və analitik xidmətlər göstərən beynəlxalq şirkətdir. Onun “Web of Science” platforması elmi məqalələrin sitat göstəricilərini izləmək üçün geniş istifadə olunur. Şirkət 2016-cı ildə yaradılıb, baş ofisi London, Böyük Britaniyada yerləşir.


Geri qayıt