Əsas Səhifə > Güney Press > Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayır
Bu ərazidə sosial evlər tikiləcək, 36 milyonluq layihə başlayırBu gün, 10:40 |
“MİDA” MMC açıq tender elan edir. "DİA-AZ" xəbər verir ki, elanda Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, həmçinin 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi işlərinin satın alınması nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 5 447 AZN təşkil edir. Satınalan təşkilatın VÖEN-i: 1701953921 Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 Ehtimal olunan qiymət: 36 311 571 AZN Təkliflərin son təqdim olunma tarixi: 10.10.2025 15:00 Zərflərin açılış tarixi: 10.10.2025 15:00 Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi – Vüqar Təyyar oğlu Əliyev, Sektor müdiri Email: [email protected] Əlaqə telefonu: +994 12 594 54 01 (239) Geri qayıt |