Əsas Səhifə > Güney Press > Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək


Bu gün, 11:52

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin edilməsi ilə bağlı proses başlayıb.

Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, ev sahibi olan ölkə (Azərbaycan) tərəfinin rəsmi təsdiqindən sonra Aİ-nın Azərbaycana yeni nümayəndəsinin təyinatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb.


Geri qayıt