Əsas Səhifə > Güney Press > Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib

Kreml Azərbaycan və Rusiya prezidentlərinin Çində mümkün görüşünü şərh etməyib


Bu gün, 14:13

Kreml Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin Çində ŞƏT sammiti çərçivəsində görüşməsi mümkünlüyünü şərh etməyərək Putinin ikitərəfli görüşlər qrafikinin hələ hazırlanma mərhələsində olduğunu bildirib.

“Report” "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz indi ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, onu çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə uyğunlaşdırmaq lazımdır, bu iş tamamlandıqdan sonra sizi məlumatlandıracağıq", - o qeyd edib.


Geri qayıt