Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR?

“Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR?


Dünən, 17:03

Sosial şəbəkələrdə Şıxov çimərliyi yaxınlığında yerləşən “Ramada” hotelinin çirkab suları axıtdığı ilə bağlı görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, şikayətçi, əsasən, gecə vaxtı hotelin çirkab suları dənizə axıtdığını, nəticədə isə çimərlik ərazisində anti-sanitar vəziyyətin yarandığını iddia edir.

Şikayətçinin sözlərini və həmin görüntüləri oxuculara təqdim edirik:

“Şikayətim Şıxovda yerləşən “Ramada” hotelindəndir. Plyaja giriş üçün adambaşına 30 manat tələb edirlər. Üfunət iyi gələn çirkab suları isə birbaşa dənizə axıdılır. Utanmadan hələ balaca arx da çəkiblər! Bildiyimə görə, bu suları, əsasən, gecələr buraxırlar. Amma biz orada olanda da axırdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hara baxır?! Millət qırılır bu qırılmışların əlindən!”

VİDEO BURADA: https://www.facebook.com/reel/1284887362616183


Geri qayıt