Əsas Səhifə > Güney Press > Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək1-09-2025, 13:13 |
Ermənistan hökuməti səhiyyə sahəsində keyfiyyətin yüksəldilməsi üçün Asiya İnkişaf Bankından (ADB) 45,3 milyon avro məbləğində kredit cəlb edəcək. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, parlamentin Maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının iclasında kredit sazişinin ratifikasiyası haqqında qanun layihəsinə müsbət rəy verilib. Kreditin müddəti 7 illik güzəşt və 11 illik ödəniş dövrü ilə birlikdə 18 il təşkil edəcək, orta faiz dərəcəsi 3,11 % təşkil edir. Kredit tibbi infrastrukturun modernləşdirilməsinə, teletibb xidmətlərinin inkişafına, müəssisələrin lisenziyalaşdırılmasının təkmilləşdirilməsinə, hesabatların rəqəmsallaşdırılmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək. Geri qayıt |